Çində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olundu

Çində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olundu
07:24 3 Dekabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Sitayxe şəhərində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olunub.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insidentdən sonra aparılan istintaq tədbirləri çərçivəsində mədənin sahibi və üç meneceri tutulub.

 

Çin hökuməti kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfərin öldüyünü təsdiqləyib. Daha bir nəfər itkin düşmüş hesab olunur.

 

İnsident noyabrın 30-da  baş verib.  Hadisə yerində xilasetmə əməliyyatı davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR