Ronaldo, Ceyms, Özil və Pepəyə ŞOK İTTİHAM

Ronaldo, Ceyms, Özil və Pepəyə   ŞOK İTTİHAM
09:47 3 Dekabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir neçə məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir. Bu barədə “Spiegel” məlumat yayıb.


Məlumata görə, Almaniya yığmasının üzvü Məsut Özil, portuqaliyalı Pepe və Rikardo Karvalyo, kolumbiyalı Ceyms Rodriges ilə həmyerlisi Radamir Falkao da vergidən yayınmaqda ittiham olunur.


Özildən başqa digər futbolçuların meneceri Jorje Mendeşdir. O, bütün sxemin qurulmasında əsas fiqur hesab olunur.


“Spiegel” Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo haqqında da şok ittiham yayıb. Futbolçu külli miqdarda vergidən yayınmaqda şübhəli bilinir.


O, Britaniyanın Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsiylə 150 milyon avronu vergidən gizlədib. Araşdırma "Footbal Leaks" adı altında birləşən jurnalistlər tərəfindən aparılıb. (qafqazinfo)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-ceyms-ozil-v-pepy-t54652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR