Azərbaycandan Türkiyəyə gedən yolda AĞIR QƏZA: 1 ölü, 3 yaralı

Azərbaycandan Türkiyəyə gedən yolda AĞIR QƏZA: 1 ölü, 3 yaralı
11:52 3 Dekabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə vətəndaşı Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurub, sonuncu avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyerliləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib.
 
Nəticədə A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də orada ölüb.
 
Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/495399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR