“Həyat davam edir” - Elman Sultanov

“Həyat davam edir” - Elman Sultanov
19:27 3 Dekabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

"Biz təzə komandayıq. Mübarizəyə I divizionda başlamışıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Səbail"in baş məşqçisi Elman Sultanova məxsusdu.

I Divizion təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olub və darmadağına məruz qalıb - 0:5. Bununla da aşağı dəstə təmsilçisi mübarizəni dayandırıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Sultanov fikrini bu sözlərlə davam etdirib: "Bu, bizim üçün yeni yoldu. "Qarabağ" hazırda Azərbaycan futbolunda liderdi. 0:5 hesabı ilə məğlub olsaq da, həyat davam edir. Futbolda hər şey olur".

- Bu oyun həm də Premyer Liqa ilə I divizion arasındakı fərqi göstərmədi?

- Bəli, çox fərq var. Məsələn, bu gün AZAL I divizion təmsilçilərindən çox fərqlənmir. I divizionda "Zaqatala" kimi yaxşı komanda var. Həmçinin "Turan Tovuz" da güclüdü.

- Hesabın belə böyük olacağını gözləyirdiz?

- Xeyr, gözləmirdim.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR