"El Klasiko"da gülən olmadı - VİDEO

"El Klasiko"da gülən olmadı -   VİDEO
21:37 3 Dekabr 2016
127 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında mövsümün ilk "El Klasiko"su baş tutub. Fanat.Az xəbər verir ki, "Barselona" və "Real" XIV tur çərçivəsində üz-üzə gəlib. 

"Nou Kamp"da baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 53-cü dəqiqədə Neymarın ötürməsindən sonra baş zərbəsi ilə Luis Suares açıb. "Real" isə 90-cı dəqiqədə bərabərlik qolunu vurub. Serxio Ramos Luka Modriçin ötürməsini qola çevirib.

Bunununla da komandalar arasındakı xal fərqi qorunub. "Real" 14 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 28 xal olan "Barselona" ikinci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotel-klasikoquotda-guln-olmad-t54673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR