Açıq havada quş əti satılır - Görüntülər hər şeyi ortaya qoyur - VİDEO

Açıq havada quş əti satılır - Görüntülər hər şeyi ortaya qoyur - VİDEO
21:42 3 Dekabr 2016
684 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəfələrlə çəkdik, göstərdik, müzakirəyə çıxardıq. Amma hələ də yol kənarında, açıq havada ət məhsulları, diri heyvanlar satılmaqdadır. Özü də kəsim qaydalarına nəzarət edilmədən, antisanitar şəraitdə təmizlənərək. Bakının ən çox hərəkətli olan yollarının birində daha bir belə satış yerləri aşkarlamışıq. Yarım metr kənardan maşınlar, avtobuslar şütüyür, səkinin üzərində isə diri və ya kəsilmiş quş ətləri satılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, maşınların sıx hərəkət etdiyi yolda, açıq havada quş əti satılır.

Üstəlik cəmi 1-2 metr məsafədə diri quşlar da var ki, onların adi qanad hərəkəti ilə ətrafa toz yayılır. Bura Xətai rayonu, Telnov küçəsidir.

Ticarət cərgəsinin 10-a yaxın obyekti bu işlə məşğuldur. Halbuki belə şəraitdə ət satışı qətiyyən qəbul olunan deyil. Satıcılar da bunu bildiyi üçün bizi görən kimi qaçmağa çalışır.

Görüntülər hər şeyi ortaya qoyur. Diri quşlar elə burdaca necə gəldi kəsilir, ortabab təmizlənir və şütüyən maşınların 1 metrəliyində satılır.

Bu ətlər həm də baytarlıq nəzarətindən keçirilmir. Ətin sağlam olması və satışına icazə verilməsi haqda möhürlü sənədi istəyirik, yoxdur. Əvəzinə baytar həkimə ödənilən məbləğə görə verilən mədaxil qəbzini göstərirlər.

Baytar həkimin yeri bilinmir. Satıcı isə ümumiyyətlə gigienik sertifikat haqda məlumatsızdırlar.

Əvvəla qaydadan kənar olan budur ki. belə məhsullar xüsusi ayrilmış yerlərdə, nəzarət altında satılmalıdır. Sanitariya və ticarət qaydalarına görə küçədə belə satış qadağandır.

İşin vicdani tərəfinə gəlincə satış üçün hazırlanan bu ətlər tam sanitar qaydada kəsilmir, təmizlənmir, içalatları necə gəldi ətrafa yayılıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirirlər ki, ət küçədə asılı vəziyyətdə uzun müddət qalırsa küləyin qaldırdığı tozdan ətə çoxlu zərərli mikro orqanizmlər və avtomobillərdən ayrılan zərərli qazlar yapışır. Bu müştərilən sağlamlığı üçün ciddi təhlükədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR