Qəza zamanı liftdən necə sağ çıxmaq olar?

Qəza zamanı liftdən necə sağ çıxmaq olar?
23:57 3 Dekabr 2016
236 Maraqlı
Ölkə mətbuatı
A- A+

Təəssüf ki, heç birimiz ekstremal vəziyyətdən sığortalanmamışıq, amma ən azından həmin hallarda nə edəcəyimiz barədə məlumat toplaya bilərik. Faydalı məsləhətlər sizin və yaxınlarınızın həyatını qurtara bilər, bunun üçün onları vaxtında tətbiq etmək lazımdır.

Milli.Az oxu.az-a istinadən qəza zamanı liftdə nəyi etmək və nəyi qətiyyən etməmək barədə alim və mühəndislərin tövsiyələrini sizinlə bölüşür.

ZƏRBƏ ZAMANI TULLANMAĞA CƏHD ETMƏYİN

Birincisi, düşərkən tullanmaq çətin olacaq. İkincisi isə bu nə qədər tez olarsa, çökmənin sürətini azaldacaq, əksəriyyətimiz isə basketbol və voleybol ilə peşəkar səviyyədə məşğul olmadığımız üçün bunu yetrincə tez həyata keçirə bilməyəcəyik. Üçüncüsü isə sizin lift yerə çırpılarkən hansı böyrü üstə düşəcəyinizi və bunun hansı travmalar ilə nəticələnəcəyini hesablaya bilməzsiniz. "Discovery" kanalının əməkdaşları bunun lazımsız olduğunu artıq sübut ediblər.

AYAQ ÜSTƏ DÜZ DAYANMAYIN

Yaxşı variant deyil, belə ki, yıxılarkən ayaqlarınızın üzərinə bədəninizin çəkisində 10 dəfə ağır yük düşəcək. Bu isə ciddi travmalara yol aça bilər.

ZƏRBƏ ZAMANI ƏN YAXŞI VƏZİYYƏT LİFTDƏ UZANMAQDIR

Liftin qırılığını hiss etdiyiniz zaman, dərhal kürəyi üstə yerə uzanın. Bu vəziyyətdə zərbənin gücü bütün bədəniniz boyu paylanacaq.   

ƏGƏR LİFTDƏ ADAM ÇOXDUR VƏ UZANMAQ MÜMKÜN DEYİLSƏ, OTURUN VƏ DİZLƏRİNİZİ QATLAYIN

Bu vəziyyətdə bədənizə düşən güc ayaqüstə durarkən aldığınız zərbədən az olacaq. Liftdə oturmağa da imkan yoxdursa, ən azından dizlərinizi qatlayın, bu da zərbənin gücünü azaltmağa yardım edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR