Restoranın qarşısında meri öldürdülər

Restoranın qarşısında meri öldürdülər
18:44 4 Dekabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən İmatra şəhərində şəhər meri və iki jurnalist güllələnərək öldürülüb.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, polisə şəhərdə yerləşən “Vuoksenvahti” restoranının qarşısında atəş açıldığını, 3 qadının öldürüldüyü barədə məlumat daxil olub.

 

Hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin şahidi olan insanlar 23 yaşlı gəncin atəş açdığını bildiriblər. Restoranın qarşısındakı avtomobildə olan gənc müqavimət göstərmədən polisə təslim olub.

 

Güllələnərək öldürülən 3 qadının şəxsiyyəti müəyyənləşdirilən zaman onlardan birinin İmatra şəhərinin meri, digər ikisinin isə jurnalist olduğu üzə çıxıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR