Vals prezidentlik iddiasında - istefa verir

Vals prezidentlik iddiasında - istefa verir
18:52 4 Dekabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın baş naziri Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb. 

M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Qəzet M. Valsın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M. Valsı kimin əvəzləyəcəyi isə hələ məlum deyil. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR