Azərbaycanlı müğənni: "Qardaşım 7 ildir ki, həbsxanadadır"

Azərbaycanlı müğənni: "Qardaşım 7 ildir ki, həbsxanadadır"
11:37 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Nazənin həbsxanadakı qardaşından danışdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçinin qardaşı 7 ildir ki, həbsxanadadır. Qardaşının ailəsini isə Nazənin öz himayəsinə götürüb. Sənətçi deyir ki, ən böyük xoşbəxtlik qardaşının cəzasının bitməsidir.
 
"Həyatımdan narazıyam desəm, yalan olar. Şükürlər olsun ki, hər şey öz yerindədir. Yalnız bu günə kimi valideynlərimin itkisi ilə barışa bilməmişəm. Bu həyatda bir özləmim var. O da qardaşım Pərvizdir. Pərviz evimizin sonbeşiyidir. Valideynlərim onu mənə tapşırmışdılar. Onu övladım kimi saxladım.
 
7 ildir ki, həbsxanadadır. Artıq sayılı günləri qalıb. Onun günahsız yerə ora düşməsi məni çox yandırır. İstəsəm, günahsızlığını sübut edərdim. Amma qardaşımın səhhətinə görə ona əl dəymədim. Pərviz həm də orada müalicə alır. Deyirəm yaxşı ki, valideynlərim onu bu halda görmədən öldülər".

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR