"Report" "MIG News"a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayətetmə Monitorinq Mərkəzinin fəalları məlumat yayıblar.
Mərkəzin nümayəndəsi Rami Əbdül Rəhmanın sözlərinə görə, terrorçular şəhərin şimal-qərb hissəsini zəbt ediblər.
Qeyd edək ki, Palmira martın sonlarında Rusiya aviasiyasının dəstəyi ilə Suriya hərbi qüvvələri tərəfindən terrorçulardan azad edilmişdi.