Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) vilayət və mahal liderlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında xeyli HDP-li saxlanılıb.

İstanbulda aralarında HDP-nin İstanbul vilayəti üzrə qərargahının rəhbəri Aysel Guzelin də olduğu 20 nəfər tutulub. Bundan başqa, Adanada 25, Mersində 50 nəfər PKK terror təşkilatına üzv olmaqda və təşkilatı təbliğ etməkdə şübhəli bilinərək saxlanılıb.

Əməliyyat davam edir.

Ömər Dağlı