Ötən yay "Napoli"yə İngiltərə millisi və "Mançester Yunayted"in kapitanı Ueyn Runini transfer etmək təklif edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə FİFA agenti Minçenzo Morabito məlumat verib. Onun sözlərinə görə, ingilis hücumçu 10 milyon avro məvacib istəyib ki, bu da Neapol klubu üçün qeyri-real görünüb.

Morabito "Mançester Yunayted"in ona İngiltərə klublarına keçməyi qadağan etdiyini də bildirib. Bu mövsüm bir müddət ehtiyatda oturan Runi 13 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Milli.Az