"Barselona"nın yarımmüdafiəçisi Arda Turan "Hürriyet" nəşrinə açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, türk futbolçu "Qalatasaray"a geri dönəcəyini deməklə ona tənqidi yanaşan media qurumlarına da münasibət bildirib.

""Barselona"da mümkün qədər çox qalmaq istəyirəm. Sonra "Qalatasaray"a qayıdacam. Futbol oynamağı bu klubda öyrənmişəm. "Barselona" isə bir futbolçunun çata biləcəyi maksimal səviyyədir. Mənim haqqımda yazılanlara qalanda, patriot olmaq lazımdır. İspan mediası məni pisləsə belə, Türkiyə mətbuatı bunu qabartmalı deyil. Türkiyə mediası isə özünü məni sevməyən "Barselona" azarkeşləri kimi aparır".

Milli.Az