"Bayer Munix"in prezidenti Uli Höness Almaniya Bundesliqasının 16-cı turunda "Leypsiq"lə keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı funksioner yerli komandalarda səhmlərin bölüşdürülmə qaydasına da toxunub.

"Oyun bizim üçün xüsusi olacaq. "Leypsiq"in bir tur öncə "İngolstadt"a uduzması arxayınlığa əsas vermir. Qarşıdakı oyunda turnir cədvəlinin lideri müəyyənləşcək. İstərdim ki, Milad bayramına kimi "Leypsiq"lə xal fərqi artsın. Belə olsa, bayramı rahat qeyd edə bilərəm".

"Demokratiya şəraitindən hər kəs öz fikrini açıq ifadə edə bilər. Şəxsən mən, "50+1 qaydası"nın ləğv olunmasına tərəfdaram. Beynəlxalq futbolda belə qayda yoxdur. Alman klubları isə digər ölkə təmsilçiləri ilə rəqabət apara bilməlidir. Futbol ictimaiyyəti düşünməsin ki, bu qaydanın aradan qalxmasını istəmirəm. Çünki bu halda Bundesliqa klubları güclənəcək. Biz "Audi", "Adidas" və "Allianaz"a səhmlərin 25%-ni vermişik. Nəinki Bundesliqa, beynəlxalq arenada belə uğurlu çıxış edirik. Gələcəkdə eyni tempdə davam edəcəyik".

"50+1" qaydasına görə klubun 50 % səhmi aksionerlər arasında bölünür. Bu qayda klublara vahid nəzarət olunmasına maneçilik törədir.

Milli.Az