Aşıq Zülfiyyə adına yayılan şayiədən danışıb. O bu haqda Milli.Az-a bildirib:
"O vaxt Babək mənimlə yenicə oxumağa başlamışdı. Bir disk çıxarmışdım, üstündə də Babəklə mənim şəklim var idi. Biz şəkli kürəyimizi yan-yana qoyub çəkdirmişdik. Bir dostum el məclisində oturanda ona demişdilər ki, bizim o aşığa xüsusi hörmətimiz var, amma etdiyi hərəkət heç yaxşı deyildi. Soruşanda demişdilər ki, bir oğlanla kürək-kürəyə dayanıb, şəkil çəkdirib. Dostum onlara izah etmişdi ki, şəkildəki oğlan aşıq Zülfiyyənin oğlu Babəkdir. İnanmırdılar ki, Babək bu boyda olar".
Qeyd edək ki, müğənninin oğlu Babək də ifaçıdır.
Əli Rəhimoğlu
Milli.Az





