x
Loading...

“Samsung Galaxy S8” smartfonu “iPhone 8”-dən baha ola bilər

“Samsung Galaxy S8” smartfonu “iPhone 8”-dən baha ola bilər
15:35 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Goldman Sachs” investisiya bankının ekspertləri “Samsung” şirkətinin növbəti qabaqcıl “Galaxy S8” smartfon modelinin nəzərdə tutulan komponent hissələrinin qiymətini təhlil edərək onun “iPhone 8” qurğusundan daha baha olacağı qənaətinə gəliblər. Onların fikrincə, smartfon hazırda aktual olan “Galaxy S7” modelindən 15-20 faiz baha olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bank mütəxəssisləri belə qiymətqoymanı “Galaxy S8” modelinin təchiz ediləcəyi çoxlu yeni funksiyalarla izah edirlər. Bu, smartfonun maya dəyərinin xeyli artmasına səbəb olmaqla nəticə etibarilə mağazalarda qiymətin yüksəlməsinə gətirib çıxaracaq. İlkin hesablamalara görə, smartfonun qiyməti təxminən 900 dollar təşkil edəcək.

Cənubi Koreya şirkəti üçün yeni model alışan “Galaxy Note 7” smartfonunun satışının iflasa uğramasını nəzərə alaraq böyük əhəmiyyətə malik olacaq.

Bankın proqnozuna görə, “Galaxy S8” modelində əsas yeniliklərdən biri “Siri” texnologiyası yaradıcılarının süni intellektinə əsaslanan yeni virtual köməkçi funksiyası olacaq.

Bu yaxınlaradək “Samsung Galaxy S8” smartfonunun fevralın 26-da keçiriləcək “MWC 2017” konfransında təqdimatı gözlənilsə də, son məlumatlara görə, istehsalçı rəsmi nümayişi aprelə keçirib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45069-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR