Nizami Kino Mərkəzi Vilyam Şekspirin "On ikinci gecə"sini təqdim edəcək

Nizami Kino Mərkəzi Vilyam Şekspirin "On ikinci gecə"sini təqdim edəcək
16:17 21 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabrın 26-da Nizami Kino Mərkəzi British Council Azərbaycan və Cool Connections şirkəti ilə birgə şəhər sakinlərinə dahi Vilyam Şekspirin "On ikinci gecə" pyes-komediyası əsasında qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.

Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+

Unudulmaz personajların yer aldığı "On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən, yalnız kişilərin rol aldığı tamaşadır.

Rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semyuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli, İen Drisdeyl və Conni Flinn ifa ediblər.

Xatırladaq ki, British Council Azərbaycan, CoolConnections şirkəti və Nizami Kino Mərkəzi layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edir.

Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/501026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR