Mübariz Qurbanlı: "Bir ildən çoxdur Azərbaycandan bir nəfər də olsun İŞİD-ə qoşulmaq üçün Suriyaya getməyib"

Mübariz Qurbanlı: "Bir ildən çoxdur Azərbaycandan bir nəfər də olsun İŞİD-ə qoşulmaq üçün Suriyaya getməyib"
17:07 21 Dekabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bir ildən çoxdur Azərbaycandan bir nəfər də olsun İŞİD-ə qoşulmaq üçün Suriyaya getməyib".
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin əksəriyyəti ölüb: "Ancaq onların həyat yoldaşları orada qalıb. Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır. Təbii ki, həmin ölkəyə gedənləri sonradan tapmaq çox çətindir. Çünki orda nəinki qadınları, kişiləri də satırlar".
M.Qurbanlı deyib ki, İŞİD-ə qoşulan, Suriyaya döyüşmək üçün gedən insanlar müxtəlif məqsədlərinin olduğunu açıqlayıblar: "Onlardan bəziləri pula, bəziləri üç qadın verildiyinə və bəziləri cihad məqsədilə Suriyaya getdiyini deyir. Ümumiyyətlə, İŞİD-ın 60 min silahlısının 40 faizi Avropadan gəlib. Müsəlman ölkələri arasında ən az Azərbaycandan qoşulanlar olub". 

Xəbərin orijinal ünvanı: https://report.az/din/bir-ilden-coxdur-azerbaycandan-bir-nefer-de-olsun-i-si-d-e-qosulmaq-ucun-suriyaya-getmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR