Tramp Rusiyanı ABŞ-ın təhlükəsizliyinə əsas təhlükələr sırasına daxil etməyib

Tramp Rusiyanı ABŞ-ın təhlükəsizliyinə əsas təhlükələr sırasına daxil etməyib
19:27 21 Dekabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizliyinə əsas təhdidlər sırasına Rusiyanı daxil etməyib.  

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə məlumatı "Foreign policy" nəşri ABŞ Müdafiə Nazirliyinin xidməti hesabatına istinadən yayıb.
 
D.Trampın keçid administrasiyasının hazırladığı "Müdafiənin prioritetləri" adlı sənədə İŞİD-lə mübarizə və onun məhv edilməsinə dair strategiyanın işlənib hazırlanması, müdafiənin gücləndirilməsi, kibertəhlükəsizliyə dair hərtərəfli strategiyanın hazırlanması və Pentaqonun işinin səmərəliliyinin artırılması daxildir. Sənəddə Rusiyanın adı çəkilməyib. 

Qeyd edək ki, hazırkı ABŞ administrasiyası və Pentaqon rəhbərliyi Rusiyanı ABŞ-ın milli təhlükəsizliyinə təhdidlərdən biri sayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR