x
Loading...

Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
11:52 22 Dekabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini Ümit Yalçın təmsil edib.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə yüksələn xətlə inkişafına vurğu edildi, bu əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi vurğulanıb.
Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə arasında milli, tarixi, mədəni köklərə əsaslanan qardaşlıq və dostluğun səciyyəvi rəmzi olduğu ifadə olunub.
Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki stabilliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlığımız dilə gətirildi, terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirilib. Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına birgə əminlik ifadə edilib.
Həmçinin, Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edilib, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub.
İki ölkə arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkilib.
Görüş zamanı, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-turkiye-arasinda-siyasi-meslehetlesmeler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR