Binəli Yıldırım Hələbdəki təxliyə barədə məlumat verdi

Binəli Yıldırım Hələbdəki təxliyə barədə məlumat verdi
12:22 22 Dekabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

"Suriyanın Hələb şəhərindən 40 min mülki şəxs təxliyə olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatları rəhbərlərinin 114-cü iclasında deyib.

Baş nazir bildirib ki, bu günə qədər təqribən 40 min mülki vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib:

"Bu, asan başa gəlmədi. Bölgədə müharibənin bitməsini istəməyən qüvvələr hər fürsətdə sülhə mane olmağa çalışırlar".

B.Yıldırım əlavə edib ki, Türkiyə təxliyə işlərinin aparılması üçün səylərini davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR