Bakıda TürkPA Katibliyinin yeni binasının açılışı oldu

Bakıda TürkPA Katibliyinin yeni binasının açılışı oldu
13:13 22 Dekabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 22-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.

Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak ediblər.

Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mənzil-qərargahda yaradılan şəraitlə tanış olublar.

Sonra tədbirdə TürkPA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. (azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/180865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR