Rusiyanın qızıl-valyuta ehtiyatları kəskin azalma göstərib

Rusiyanın qızıl-valyuta ehtiyatları kəskin azalma göstərib
19:47 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları 10-16 dekabr hesabat həftəsində 8 mlrd. dollar və ya 2,07% azalaraq 379 mlrd. ABŞ dollara düşüb.
"Report"un "Gazeta.ru"saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən açıqlanıb. 
Ümumiyyətlə, Rusiyanın qızıl-valyuta ehtiyatları Rusiya Bankı və hökümətinin sərəncamında olan yüksək likvidliyə sahib aktivlərdən ibarətdir. Bura qızıl, SDR, xarici valyutadakı ehtiyatlar və Beynəlxalq Valyuta Fondundakı (İMF) ehtiyatlar aiddir. 
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə olan 350,5 mlrd. dollara geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 8,1% çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-qizil-valyuta-ehtiyatlari-keskin-azalma-gosterib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR