Ruslar üçün “ölüm siyahısı”, Trampdan Putinə NÜVƏ MESAJI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ruslar üçün “ölüm siyahısı”, Trampdan Putinə NÜVƏ MESAJI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 23 Dekabr 2016
940 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putin ənənəvi böyük mətbuat konfransı keçirib. Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərəfdarları ölkədaxili reys həyata keçirən təyyarəni qaçırıblar. Türkiyə ordusu və Azad Suriya Ordusu Suriyanın Əl Bab mahalını İŞİD-dən təmizləməyə çox yaxındır. Vaşinqton və Moskvadan verilən qızğın silahlanma mesajları artmaqdadır.

Putin: “Səfirin qətlindən sonra əmin oldum ki...”

Bu gün Rusiya prezidenti Vladimir Putin ənənəvi böyük mətbuat konfransı keçirib. 12-ci dəfə keçirilən mətbuat konfransında iştirak etmək üçün rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib. Mətbuat konfransının gedişatını “Rossiya 1”, “Birinci kanal” və “Rossiya 24” telekanalları, həmçinin “Mayak”, “Vesti FM” və “Rusiya radiosu” radiostansiyaları birbaşa translyasiya edib.

Rusiya prezidenti əsasən ölkədaxili məsələlərlə bağlı sualları cavablandırıb. O, həmçinin Ukrayna və Suriya böhranlarına, Qərblər münasibətlərə və haker hücumları ilə bağlı ABŞ-dan Rusiyaya qarşı səsləndirilən ittihamlara toxunub.

Putin: “Səfirin qətlindən sonra əmin oldum ki...” - CANLI YAYIM (YENİLƏNİR)

12-ci dəfə keçirilən mətbuat konfransında iştirak etmək üçün rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası məsələsini yenidən aktuallaşdırıb. Türkiyənin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi bildirib ki, Putin Güləni ABŞ-dan tələb edə bilər.

“Qlobal səviyyədə bir əməliyyat başlayır. Qarşıdakı günlərdə Rusiya Güləni ABŞ-dan istəyə bilər. Səfir beynəlxalq hüquqa görə ikinci dövlət adamı sayılır. Rusiya da hüquqi haqlarından istifadə edərək bu addımı ata bilər”, - deyə rəsmi şəxs açıqlayıb.

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA

Andrey Karlovun Ankarada sui-qəsdə məruz qalması Rusiyanı xarici ölkələrdəki diplomatların təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmağı vadar edib. Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.

İlyas Umaxanovun sözlərinə görə, İŞİD və başqa terror təşkilatlarının Rusiya diplomatlarının yer aldığı “qara siyahı”lar hazırladığı barədə məlumatlar var.

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA

İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.

Suriya cəbhəsi

Azad Suriya Ordusu Əl Babın kənar məhəllələrində yerləşən bir sıra strateji nöqtələri ələ keçirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün verdiyi açıqlamasında bildirib ki, Əl Babın alınması üzrə əməliyyat başa çatmaq üzrədir. Son məlumatlara görə, İŞİD-in Əl Babdakı qərargahı dağıdılıb.

Əl Babda Türkiyə ordusu və Azad Suriya ordusunun ağır zərbələrinə məruz qalan İŞİD terror qruplaşması isə sosial şəbəkələrdə 2 türk hərbiçisini şəhid etməsinin görüntülərini yayıb. İŞİD Suriyanın Əl Bab bölgəsi yaxınlığında ötən aylarda qaçırdığı Türkiyə ordusunun 2 nəfər hərbçisi - Serdar Taş və Fethi Şahini yandıraraq öldürdüyünü iddia edib.

Türk hərbiçilərin “Fərat qalxanı” əməliyyatı zamanı İŞİD-ə əsir düşdüyü ehtimal olunur. Həmin əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin daha 2 nəfər xüsusi təyinatlı hərbiçisinin də başlarına güllə çaxaraq öldürdüyü iddia edilir.

Lakin yandırılma ilə bağlı yayılan videogörüntüdə şübhəli məqamlar var. Terrorizmlə mübarizə üzrə türkiyəli mütəxəssis Emrah Kaya da Publika.az-a açıqlamasında türk əsgərlərinin yandırılma görüntülərinin yalan olduğunu deyib.

Türk əsgərlərinin yandırılma videosundakı SİRR (YENİLƏNDİ)

Türk hərbiçilərin “Fərat qalxanı” əməliyyatı zamanı İŞİD-ə əsir düşdüyü ehtimal olunur.

ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi

Gələn ay Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqlar başlayacaq. Bu haqda Rusiya xarici işlər nazirinin köməkçisi Gennadi Qatilov bildirib. Danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edəcək.

ABŞ-a növbəti zərbə: Nazarbayevin təklifi qəbul edildi

Danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edəcək.

Suriya Prezidenti Bəşər Əsədin taleyi İran və Türkiyə ilə aparılan danışıqlarda müzakirə edilmir. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. O, tərəflər arasında əsas müzakirə mövzusunun Hələb, Palmira, humanitar yardım məsələlərinin olduğunu bildirib.

ABŞ-dan III Dünya müharibəsi PLANI: İranla birlikdə...

Suriya üzrə danışıqlardan kənarda qalan ABŞ sakit durmaq niyyətində deyil. Moskvada dekabrın 20-də Türkiyə, Rusiya və İran arasında əldə olunan razılaşmaya daxil ola bilməyən ABŞ razılaşmaya İran üzərindən sızmaq istəyir.

Türkiyə mediasının yazdığına görə, Tehranın dəstəklədiyi “Haşdi Şabi” şiə qruplaşması ilə PYD-ni (PKK terror təşkilatının Suriya qolu) bir araya gətirən Vaşinqton “Haşdi Şabi”ni Suriyaya göndərir.

Suriyadakı gücünü hər gün artıran İran İraqda qurduğu rejimi Suriyada da qurmaq niyyətindədir. İraqda törətdiyi qətliamlarla gündəmə gələn “Haşdi Şabi”nin qarşıdakı günlərdə Suriyada əməliyyatlara başlayacağı İran mənbələri tərəfindən də dilə gətirilir. İddiaya görə, İran “Haşdi Şabi”ni bununla da beynəlxalq arenada legitimləşdirməyi planlaşdırır.

Suriyada dəyişən tarazlığı lehinə çevirmək istəyən ABŞ bundan başqa daha iki həmlə edir.

ABŞ-dan III Dünya müharibəsi PLANI: İranla birlikdə...

Vaşinqton “Haşdi Şabi”ni Suriyaya göndərir.

ABŞ və Rusiya bir-birinə sahib olduğu gücü növbə ilə xatırlatmaqdadır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya prezidenti Vladimir Putinin ötən gün Rusiyanın gücü barədə deyilən fikirləri ilə razılaşmayıb. Kirbi ABŞ-ın hərbi üstünlüyünün müzakirə və mübahisə mövzusu olmadığını deyib.

“Mən hesab edirəm ki, peşəkarlıq, bacarıq və imkanlar Birləşmiş Ştatların silahlı qüvvələrinə məxsusdur. Düşünmürəm ki, bəşəriyyət tarixində nə vaxtsa belə döyüş bacarığı və yaxşı təchizatı olan silahlı qüvvələr olsun”, - deyə Kirbi bildirib.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində kollegiya iclası keçirib. Kreml lideri bildirib ki, Rusiya hazırda istənilən potensial təcavüzkardan daha güclüdür. Putin təsdiqləyib ki, nüvə gücləri strateji paritetin saxlanılmasında əsas rol oynayır. Rusiya prezidenti bu gün keçirdiyi ənənəvi böyük mətbuat konfransında da Rusiyanın hazırda istənilən potensial təcavüzkardan daha güclü olduğu fikrini təkrarlayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp MSNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ qızğın silahlanma olacağı halda başqa oyunçuları üstələyəcək. Tramp daha əvvəl “Twitter” hesabında yazıb ki, ABŞ nüvə silahlanması sahəsində imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməlidir.

Trampın seçkiqabağı kampaniyasında Rusiyaya yönəlik bəzi vədlər verməsinə baxmayaraq, Polşanın hakim Haqq və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski əmindir ki, ABŞ-ın yeni prezidenti Qərbi Rusiyaya satmayacaq.

Moskvanın Avropaya qarşı siyasətini sərt tənqid edən Kaçinski Trampın prezidentliyi dövründə Qərbin zəif olmayacağını bildirib və qeyd edib ki, Donald Tramp Rusiya ilə güc tətbiq edərək danışıqlar aparacaq: “Hər şey sübut edir ki, biz güc tətbiq edərək danışıqlar aparacağıq. Qərb Rusiyanın qarşısında zəif tərəf olub, geri çəkilməyəcək. Buna rəğmən, biz hələ də Trampın xarici siyasətinin məhz hansı istiqamətdə yön alacağını dəqiq bilmirik”.

Bu gün iki silahlı Liviya təyyarəsini qaçırıb. 118 sərnişini olan təyyarə Maltaya endirilib.Sonradan silahlıların Müəmmar Qəddafinin tərəfdarları olduğu məlum olub.

Təyyarəni qaçıran terrorçular təslim oldu - VİDEO (YENİLƏNİB)

Silahlılar onu partlatmaqla təhdid edirlər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/181076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR