"Bir daha "İslandiya" sözünü eşitmək istəmirəm"

"Bir daha "İslandiya" sözünü eşitmək istəmirəm"
08:12 24 Dekabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin sabiq baş məşqçisi Roy Hocson "The Times" nəşrinə müsahibə verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis istefasına səbəb olan AVRO-2016-nın 1/8 finalındakı İslandiya ilə oyunu xatırlayıb.

"Bir daha "İslandiya" sözünü eşitmək istəmirəm. Bu komanda ilə oyun əsl sürpriz oldu. Sanki yatızdırılan balaca uşaqlara bənzəyirdik. Hər şeyə arxayınçılıq səbəb oldu. Bu aldadıcı hiss İngiltərə millisi ilə qəddar zarafat etdi. Sözlərim təkcə futbolçulara deyil, bütün məşqçilər korpusuna aiddir. Komanda həmin oyuna yüksək səviyyədə hazırlaşmışdı. Hamı məşq prosesinə maksimal konsentrasiya ilə hazırlaşmış və lazımi dərəcədə motivə oulnmuşdu. Meydana çıxmazdan öncə rəqibdən daha güclü, ağıllı, heyətdə usta oyunçulara malik olduğumuzu düşünrdük. Ueyn Runinin qolu sayəsində hesabda önə keçdik. Amma bir neçə dəqiqə sonra islandların hesabı bərabərləşdirməsi sinirlərimi oynatdı. Əsl zərbə almışdıq. Amma hər şey irəlidə idi. İslandiya ikinci qolu da vurdu. Mənə elə gəlirdi ki, onlar bizi "cırnadır". Rəqibin öz gücünə necə inandığını görürdüm. Bizim futbolçuları isə, elə bil, şaxta vurmuşdu. Maraqlısı budur ki, oyundan əvvəl özünə tam əmin olursan. Bir müddət sonra isə baş verənlərin qarşısını necə almağı düşünürsən. Həmin an yarı hissəm taktiki sxemi necə dyişdirməyi düşünür, o biri yarım isə həyəcan içində vurnuxurdu. İngiltərə qoxuya üstün gəlməli idi. Fasilədə futbolçuları ruhlandırmağa çalışdım. Təəssüf ki, köməyi olmadı. Avropa çempionatında komandamıza əsl lider lazım idi, gənclər çox idi. Gənclərin heyətə cəlb olunması planımın özünü doğrultmadığı fikrilə razıyam. Amma onlar müəyyən təcrübə qazandılar. İslandiya ilə oyun pis keçsə də, mən sevindim. Əminəm ki, uşaqlar artıq hər şeyi unudub. Onlar ötən yay Avropa çempionatına gələn futbolçular deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR