SEPAH-ın Baş komandanı: “İran ABŞ və İsraili Suriyada böyük məğlubiyyətə uğradıb”

SEPAH-ın Baş komandanı: “İran ABŞ və İsraili Suriyada böyük məğlubiyyətə uğradıb”
16:38 24 Dekabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

“İran ABŞ və İsraili Suriyada böyük məğlubiyyətə uğradıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Baş komandanı, ordu generalı Məhəmməd Əli Cəfəri bildirib.

Məhəmməd Əli Cəfəri deyib ki, Hələbin düşmənlərdən azad olunması ilə ABŞ və İsrail bölgədə böyük məğlubiyyət yaşayır:

“Artıq 5 ildir ki, terrorçuların işğalı altında olan Suriyanın Hələb şəhəri dekabrın 13-də ordu və müqavimət qüvvələri tərəfindən azad olunub. ABŞ-ın məğlub edilməsi SEPAH-ın əsas prinsiplərindən biridir. Təbii ki, işğala son qoymaq Suriya xalqının iradəsi ilə reallaşıb”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR