x
Loading...

Əcdadlarımız ilk yeməyi nə vaxt bişiriblər?- Araşdırma - FOTO

Əcdadlarımız ilk yeməyi nə vaxt bişiriblər?- Araşdırma - FOTO
17:18 25 Dekabr 2016
155 Digər
Ölkə mətbuatı
A- A+
.

Əcdadlarımızın yediyi ən qədim çiy yemək qalıqlarını tapan alimlərə görə, ilk insanlar 1.2 milyon ilə 800 min il arasında yeməklərini bişirməyə başlayıblar.

Arxeoloqların tapdığı 1.2 milyon əvvələ aid çiy heyvan qalığı, bişməmiş nişasta dənəcikləri ehtiva edən diş valı mikrofosili, ot ilə şam polen dənəsi kimi müəyyən olunan bütün liflər karbonlaşmayıb və odun kömürü atəşi izinə rast gəlinməyib.

Mütəxəssislər arasında hələ yemək bişirmək üçün ilk atəşin hansı tarixdə istifadə edildiyi ilə əlaqədar müzakirələr davam edir. Bəzi arxeoloqlar 1.8 milyon il əvvəli işarə edərkən, bəziləri də 300-dən 400 min il əvvəli müdafiə edir.

Avropa qitəsindəki ən diqqətə çarpan atəş qalıqları dövrümüzdən 800 min il əvvələ aid olub, İspaniyadakı Cueva Negra mağarası ilə İsraildə olan Gesher Benot Yaqovda tapılmışdı.

Daş dövrünə aid edilən bişmiş yemək yüksək enerji təmin etdiyi üçün beyin həcminin inkişafını də sürətləndirmiş ola bilər. İngiltərə York Universitetindən Karen Hardi əldə edilən bütün qalıqların humanoid həyata dair dünyagörüşü üçün son dərəcə vacib olduğunu bildirmişdir.

Dilrubə Vaqifzadə




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/181247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR