Meksikanın Kulyakan şəhər qəbirstanlığı ilk baxışda o biri məzarlıqlardan fərqlənmir. Lakin içəri daxil olduqdan sonra görürsən ki, bəzi qəbirlər müasir şəhərin ən dəbdəbəli tikililərini xatırladır.
Bunun səbəbi məzarlığın ortalarında məşhur narkobaronların qəbrüstü abidələrinin, daha doğrusu mavzoleylərinin olmasıdır.
Bütün dünyada öz amansızlıqları, milyard dollarlıq sərvətləri, baş kəsmələri ilə ad çıxarmış meksika qanqsterləri öldükdən sonra da heyrətləndirməkdə davam edir. Məlumat üçün bildirək ki, bu məzarların bəzilərinin tikintisi üçün 40 milyon dollar vəsait xərclənib. (24saat.org)














