Türkiyəli iş adamı Əli Ağaoğlunun 23 yaşlı qızı Sena Ağaoğluna qaynatası toy hədiyyəsi kimi 23 kq qızıl hədiyyə edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Forbes” jurnalının hər il açıqladığı “Türkiyənin ən zəngin adamları” siyahısında ilk yerlərdə dayanan Ə.Ağaoğlu, bu il 1.75 milyard dollarlıq sərvəti ilə 10-cu pillədə qərarlaşıb. İlk dəfə qayınata olmağın sevincini yaşayan milyarderin birinci və yeganə rəsmi nikahda olduğu, keçmiş həyat yoldaşı Semra Ağaoğludan olan qızı Sena “MSN” şirkətinin rəhbəri Mustafa-Hülya Kırcalın oğlu Korayla evlənib. Qeyd edək ki, Mustafa Kırcal Bursanın ən varlı şəxslərindən biridir.

Əli Ağaoğlunun toy hədiyyəsi kimi kürəkəninə 8 milyon dollarlıq villa hədiyyə etməsi bir neçə gündür ki, gündəmdən düşmür. Məlum olub ki, oğlan evi də Əli Ağaoğlundan geri qalmayıb. Belə ki, gəlinə qiymətlə hədiyyələr verilib. İnşaat şirkətinin sahibi olan Mustafa Kırcal gəlini Sena Ağaoğluna toy hədiyyəsi kimi onun yaşı qədər qızıl taxıb. Yəni, 23 yaşlı Senaya 23 kq qızıl-zinət əşyaları verilib.

Türkiyə mətbuatının yazdığına görə, onlarda qızılın qramı hazırda 128 lirədir. Bu isə o deməkdir ki, 23 kq qızılın ümumi dəyəri 2 milyon 944 min lirə edir. (təxminən 1,5 milyon manat)

Qeyd edək ki, Mustafa Kırcal gəlinin bütün xərclərini də öz üzərinə götürüb. M.Kırcal gəlini üçün “Zuhair Murad”-dan aldığı gəlinliyinə 300 min avro, 450 min avroluq təkqaş üzük, 450 min avroluq boyunbağı alıb. Hülya Kırcalın isə gəlininə təxminən 1 milyon avroluq ləl-cavahirat taxdığı iddia olunur.

Toyda 600 nəfərin iştirak etdiyini də nəzərə alsaq, Koray ilə Senanın toyu Mustafa bəyə təxminən 20 milyon lirəyə (təxminən 10 min manat) başa gəlib.

Aytən

Pulun qudurduğu an: Milyarder toyda gəlininə 23 kq qızıl verdi, bəyə isə... - FOTOLAR