"Report" xəbər verir ki, bu barədə Barunun həyat yoldaşına istinadən BFM TV telekanalı məlumat yayıb.
Məlumata görə, bəstəkarı infarkt vurub.
Pyer Baruya Klod Leluşun 1966-cı ildə ekranlaşdırdığı "Kişi və qadın" filmi məşhurluq gətirib. O, rol aldığı filmin musiqisini də özü yazıb. Ekran əsəri Kann kinofestivalının laureatı olub və iki "Oskar"a layiq görülüb.