"Report" xəbər verir ki, təyyarənin göyərtəsində 64 sərnişin və 4 heyət üzvü olub.
Hava limanı təmsilçisi Laura Karnitenin sözlərinə görə, təyyarə uğurla eniş edib. O, hadisə barədə ətraflı məlumat verməyib.
Aeroportun idarə heyətinin üzvü Talis Linkayts "Twitter"də yazıb ki, təyyarənin şassisində problem yaranıb.