AirBaltic aviaşirkətinə məxsus Kopenhagendən Riqaya uçan təyyarə Riqada qəza enişi edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu hava limanının idarə heyətinin üzvü Talis Linkaytis jurnalistlərə deyib.
"Təyyarənin şassisində problem yaranmışdı", - Linkaytis deyib.
AirBaltic aviaşirkətinin nümayəndəsi Yanis Vanaqs bildirib ki, texniki səbəblərdən hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
İlkin məlumata görə, təyyarədə 64 sərnişin və ekipajın dörd üzvü olub.
Milli.Az