"Biz heç vaxt hər hansı bir futbolçumuzun başqa kluba keçməsinə mane olmamışıq. Reynaldo ilə təkcə bu il yox, hər il danışıq aparan klublar olur". Fanat.Az xəbər verir ki, bu sözləri qol.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı Reynaldo ilə bağlı danışıqlara hazır olduqlarını bildirib: "Biz ən azından bəzi futbol ölkələri, bəzi klublarla iş birliyimizi möhkəmləndirmək üçün Reynaldo ilə bağlı danışıq aparmağa hazırıq. Onunla bağlı hələlik heç bir klub bizimlə danışıq aparmır".
Qurban Qurbanov Riçard Almeydanın "Qarabağ"ı tərk edəcəyi ilə bağlı İtaliya mətbuatında yayılan xəbərlərə də münasibət bildirib: "Almeydaya təklifin gəlməsi ilə bağlı məndə hər hansı bir məlumat yoxdu. Ona hər hansı bir təklif gələndə hörmət əlaməti olaraq ilk növbədə mənə deyir".
Fanat.Az