Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu açılışda iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.

Azərbaycan Prezidenti və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.