“Report”un xəbərinə görə, müraciəti parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Müraciətdə qeyd olunub ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır: "Bu, dünya azərbaycanlılarının birliyindən asılıdır. Milli mənəvi dəyərlərin qorunması vacibdir".