Bakı. 6 yanvar. REPORT.AZ/ Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, bu İngiltərənin "Lester" klubunda çıxış edən əlcəzairli Riyad Mahrezdir.
Afrika ölkələri yığmalarının baş məşqçiləri və federasiya rəsmiləri tərəfindən keçirilən səsvermədə Mahrez 361 səs toplayıb. Onun ən yaxın izləyicisi qabonlu Pyerre-Emerik Obameyanqa isə 313 səs verilib. Mükafatlandırma mərasimi Nigeriyanın paytaxtı Abucada keçirilib.
Bu mükafata ən çox - 4 dəfə kamerunlu Samuel Eto və Fildişi Sahilindən olan Yay Ture qazanıb.
Qeyd edək ki, Riyad Mahrez İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən də ötən ilin ən yaxşı futbolçusu seçilib.