Müğənni Castin Biber evində saxladığı Çau-çau növündən olan Tod adlı itindən ayrılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, işlərinin çoxluğundan itinə vaxt ayıra bilmədiyini vurğulayıb. Bu səbəbdən onu işçilərindən birinə Si Cey Salvadora verib.

Biber il yarım idi ki, Todu bəsləyirdi. İti birdən-birə başqasına verməsi Salvadorda çübhə yaradıb. O, Todu həkimə aparıb və məlum olub ki, onun anadangəlmə ağır xəstəliyi var və əməliyyat olunmalıdır. Əməliyyat üçün isə 8 min dollar tələb olunur.

İndi it Si Ceydə olduğu üçün bütün xərcləri də o çəkəcək.

Castin Biber itini xəstə olduğu üçün hədiyyə etdi - foto