21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniya klubu ilə qarşılaşacaq
Paylaş
68 baxış·1 dəq oxu
Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda yanvarın 12-də Almaniyanın "Rot Veys Erfurt" komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Yanvarın 14-də isə yığma Qazaxıstanın "Okjetpes" klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:00-da səslənəcək.