Qeyri-müsəlmanların simvolu olan qalstuku taxmaq doğrudurmu?

Qeyri-müsəlmanların simvolu olan qalstuku taxmaq doğrudurmu?
05:27 13 Yanvar 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir şeyin qeyri-müsəlmanlardan gəlməsi, o şeyin qeyri-müsəlmanlara aid bir simvol olmasına ya da o şeyin haramlığına dəlalət etməz. Əgər belə olsa idi, onda hal-hazırda istifadə etdiyim internet də, kompyutor da və sizə rahat yolla çatdırdırmaq istədiyim bütün vasitələr də haram olması lazımdır. Nə bu vasitələr nə də qalstuk dini bir simvol deyil.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, Sankt Petersburg Üniversiteti Dekanı Viktor Yefimovun qalstuk barədə belə bir fikri vardır: "Qalstuk, qədim Misirdə quldarlığın bir simvolu idi. Hal-hazırda bu simvolun cinsi dəyişdi, dəmir yerinə yaraşıqlı göstərən parça ilə əvəz edildi. Nəticədə, imperialist dövlətlərin xidmətçiləri olan insanların bir çoxu öz köləliyini başa düşsə də düşməsə də bunu fəxrlə taxırlar."

Bizə görə isə, bir insanın boynunda xaç varsa, bu xristianlığın bir simvolu olduğu üçün xaçı taxanın bir xristian olduğuna hökm verə bilərsiniz. Yəni, simvol, baxdığınız zaman o insanın əsl kimliyini ortaya çıxaran şeydir. Yoxsa yuxarıda saydığımız şeylər (kompyutor, telefon, maşın...) və qalstuk bir insanın əsl şəxsiyyətini ortaya çıxaran şeylərdən deyildir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/506684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR