Məşhur aktyordan etiraf: “Özümü öldürmək istədim, amma...”

Məşhur aktyordan etiraf: “Özümü öldürmək istədim, amma...”
18:21 13 Yanvar 2017
71 Şou
Ölkə mətbuatı
A- A+

4 ildir “HİV pozitiv” virusunun daşıyıcısı olan aktyor Çarli Şin xəstəliyi ilə bağlı etiraf edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor bildirib ki, ilk dəfə ona diaqnozu deyəndə, o, özünə qəsd etmək istəyib.

“Mən xəstəliyim haqqında eşidəndə, özümü güllələmək istədim. Amma anam mane oldu. Sonradan düşündüm ki, anamın gözü qarşısında bunu edə bilmərəm. Həm də anam mənim cəsədimi görsə, ona da nəsə olar. Ona görə bu fikrimdən əl çəkdim”, - deyə Çarli etiraf edib.

Şin hazırda xəstəliyi ilə barışdığını və bəzi məqamlarda ona təşəkkür etdiyini də söyləyib.

“Əvvəllər məndə qorxu hissi var idi. İndi bu hiss ikinci plandadır. Mən xəstəliyimə təşəkkür edirəm. Çünki indi bu “HİV” virusu daşıyıcılarına məsləhərt verə bilirəm, onlara bacardığım köməkliyi göstərirəm”.

Qeyd edək ki, indiyədək bir çox qadınla münasibətdə olan Çarli Şin xəstəliyin ona tanımadığı iki qadınla cinsi əlaqədə olduqdan sonra yoluxduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR