"Report" TASS-a istinadən xəbər verir ki, pilot ölüb, tamaşaçılardan xəsarət alan olmayıb.
Hadisə yerli vaxtla saat 09:27-də ölkənin cənubundakı Sonqxla vilayətinin Hatyay şəhərində baş verib. Təyyarə yüksək pilotaj fiqurunu yerinə yetirən zaman yerli hava limanının eniş zolağına çırpılıb və partlayıb. Hava limanı bağlanıb, tamaşaçılar təxliyə edilib.
Taylandın baş naziri Prayut Çan-Oça ölən pilotun ailəsinə başsağlığı verib.