Doğum evində oğurlanmış qız 18 il sonra TAPILDI - FOTO

Doğum evində oğurlanmış qız 18 il sonra TAPILDI - FOTO
16:17 14 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatındakı doğum evlərindən birində 1998-ci ildə oğurlanmış qızı polis Cənubi Karolina ştatındakı Ceksonvill şəhərində tapıb.

Kamiya Mobli adlı qız indiyədək Aleks Maniqo kimi yaşayıb və düşünüb ki, doğma anası ilə birlikdə ömür sürür.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, polis 51 yaşlı Qloriya Uilyamsı oğurluqda şübhəli bilir.

İstintaqdan verilən məlumata görə, 1998-ci ilin iyul ayında o, tibb bacısı paltarı geyərək doğum evinə girib və palataya daxil olaraq Kamiyanın anasına "uşağınızın qızdırması var" söyləyib. Uşağı götürən Qolriya Uilyams aradan çıxıb.

O, qıza Aleks Maniqo adını verib və Cənubi Karolinaya yollanıb.

Kameralar uşağın oğurlanma anını qeydə aldığından polislər qadının fotorobotunu hazırlamışdılar.

Ötən 18 ildə qızın axtarışlarına hətta ABŞ-ın Federal Təhqiqat Bürosu da qatılmışdı. Oğru barədə məlumatı verənə 250 min dollar mükafat təklif olunmuşdu. Polis axtarış zamanı 2500-dən artıq məlumatı araşdırıb.

Axtarışların uğurlu sonuclanmasına "National Center for Missing and Exploited Children" təşkilatının Twitter akkauntuna göndərilmiş məlumat səbəb olub. Naməlum şəxs Uilyamsın fotorobotunu yollayıb və qadının indiki fotosu ilə müqayisə edib. Polis məlumatı yoxlayıb, DNT testi keçirib və məlum olub ki, 18 yaşlı Kamiya Moblinin anası Qloriya Uilyams deyil.

Kamiya indi anası Şahara Mobli və atası Kreyq Aykenin yanına qayıdıb, doğma ailəsi ilə birlikdədir.

Ceksonvill şəhərinin şerifi Mayk Uilyamsın dediyinə görə, qız ailəsiə qovuşma prosesini pis keçirmir.

Şahara Mobli isə deyir: "Hər il qızımın ad günündə tort bişirirdim. Hər səhər yuxudan oyananda övladının haradasa olduğunu bilmək, onunla danışa bilmədiyini anlamaq böyük dərddir".

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR