“Atama yumruq ilişdirmək, həm də onun üçün darıxdığımı demək istəyirdim…” - FOTO

“Atama yumruq ilişdirmək, həm də onun üçün darıxdığımı demək istəyirdim…” - FOTO
19:17 14 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

BBC müxbiri Joanna Jolly-nin yazdığı oçerkdə Şimali koreyalı gənc Sungju Lee-dən söz açılır.

Müxbir yazır ki, Sungju 1990-cı illərdə qayğısız uşaqlıq illərində valideynləri ilə birlikdə Pxenyandakı üçotaqlı mənzildə yaşayırdı.

Sungju 1990-cı illərdə qayğısız uşaqlıq illərində valideynləri ilə birlikdə Pxenyandakı üçotaqlı mənzildə yaşayırdı. O məktəbə gedir, taekvandu qrupunda məşq edir və bir gün böyüyüb atası kimi zabit olacağını düşünürdü.

Amma 1994-cü ildə bu rahat həyata qəflətən son qoyuldu.

Şimali Koreyanın banisi Kim Il-Sung vəfat etmişdi. Sungju o vaxtlar bunu bilməsə də, atası liderin mühafizəçisi imiş. Təzə rejim bir çox başqa köhnə işçilər kimi onu da işdən atıb. Ailə paytaxtı tərk edib kənd yerinə köçməyə məcbur olub.

Pxenyanda prezident Kim İl-Sung-un ölümünü qeyd edən insanlan onun heykəlinin önünə gül qoyub ağlayırlar (9 iyul 1994)

Valideynləri onu aldatmışdılar ki, sadəcə tətilə gedirlər.

Sungju atasına inanmaq istəyirdi, amma mindikləri çirkli, köhnə qatarı görəndə, şübhələnmişdi.

"Mən özüm yaşında olan diləncçi uşaqları görürdüm, sarsılmışdım" - deyir Sungju.

"Mən atamdan soruşdum ki, bura Şimali Koreyadırmı? Axı mən Pxenyanda olanda mənə demişdilər ki, Şimali Koreya dünyanın ən zəngin ölkələrindən biridir..."

Onlar şimaldakı Sunq Kyunq şəhərinə gəlmişdilər. Burada balaca, qızdırılmayan evdə yaşayırdılar. Buradakı məktəbin uşaqları aclıq çəkirdilər.

Şimali Koreyanın keçmiş prezidentləri, ata Kim İl-Sung (solda) və oğul Kim Jong-İl-i (ortada) göstərən afişa

O xatırlayır ki, bir səhər müəllimləri uşaqları məktəb həyətinə çıxarıblar. Üç polis zabiti əl-qolu bağlı bir qadını və kişini bura gətirmişdilər. Bundan sonra həmin kişi və qadın taxta dirəyə bağlanmış və polislər tapançalarını çıxarmışdılar. Onlar bura yığılanlara elan etmişdilər ki, kişi mağazadan nəsə oğurlayıb, qadın isə Çinə qaçmaq istəyirmiş. Bunlar xəyanət damğası daşıyan cinayətlər idi.

"Sonra polislər kişi və qadına üç güllə vurdular. Part, part, part, - deyir Sungju, - Qan töküldü. Onların başında deşiklər qalmışdı..."

Aylar keçir Sungju bu təzə həyata alışmağa çalışırdı.

Şimali Koreyalı qadınlar düyü yığarkən (1998-ci il)

Elə həmin an Sungju başa düşüb ki, bu vəziyyətdən sağ-salamat çıxmaq üçün yeganə yol küçə dəstəsi yaratmaqdır. Beləcə o, altı başqa uşaqla bir dəstə qurub. Onlar cibə girməyi, bazardakı piştaxtalardan oğurluq etməyi öyrənirdilər.

"Biz bir-birimizə etibar edirdirk və bir-birimiz üçün ölməyə hazır idik" - deyir Sungju.

Elə ki, bazar alverçiləri onları tanımağa başlayırdılar, dəstə başqa şəhərə keçirdi.

Bu isə başqa şəhərdə, həm də o şəhərin küçə dəstələri ilə rəqabət və ölüm-dirim davası demək idi.

"Məni başçı seçmişdilər, çünki taekvandunu bacarırdım" - deyir gənc.

Öz yaşıdaları ilə vuruşmaq onlar üçün çətin deyildi, amma böyüklərin quldur dəstələri ilə üz-üzə gəlmək təhlükəli idi. Onların silahları vardı.

Belə qarşılaşmalardan birində Sungjunun dostlarından biri güllə yarası alıb öldü, başqa bir yoldaşlarını isə kartof oğurlayarkən tarlada öldürdülər.

Şimali Koreyada ferma

White line 10 pixels

Şimali Koreyalı fermerlər

White line 10 pixels

Şimali Koreyada ferma

Sungju sarsılmışdı. Dəstə seyrəlmişdi. Beləcə oğlanlar Kyunq Sunqa qaytımağı qərar almışdılar.

Kyunq Sunqda qoca bir kişi ona yaxınlaşanda onun öz babası olduğunu başa düşmüşdü. Sən demə onlar Pxenyanı tərk edəndən bəri babası onları tapmaq ümidini bir an da itirməyibmiş. Sən demə babası hər bazar günü bura gələr, heç olmasa nəvəsini tapmağa ümid edərmiş.

Küçələrdən xilas edilmiş Sungju beləcə babası və nənəsi ilə onların fermasında xoşbəxt aylarını yaşamağa başlayıb. O həftədə bir dəfə bazara gedər köhnə dəstəsinin üzvlərinə bir az yemək aparardı.

Günlərin bir günü tanımadığı bir adam ona yaxınlaşıb və kiçik bir məktub verib:

"Oğul, mən indi Çində yaşayıram, sən də bura mənim yanıma gəl" yazılmışdı məktubda.

Bu tanımadığı adam insanları sərhəddən keçirən qaçaqmalçı idi.

"Amma mənim ürəyimdə iki hiss vardı, - deyir Sungju, - Birinci hissim deyirdi ki, atama yaxşıca bir yumruq ilişdirim. Amma ikinci hiss bu idi ki, mən ona onun üçün nə qədər darıxdığımı demək istəyirdim".

Amma Sungju babasına və nənəsinə söz vermişdi ki, Çinə gedib atasına bir yumruq ilişdirəcək və qayıdacaq.

Sonra elə hənim tanımadığı adam Sungjunu Çinə keçirib. Buradan isə o, saxta sənədlərlə təyyarəyə minərək Cənubi Koreyaya gəlib. Burda nəhayət atasına qovuşub.

"Atam məni qucaqladı və biz birlikdə ağlamağa başladıq, - deyir Sungju, - Mənim bir anbar sualım var idi, amma mən ona dedim ki, çox darıxmışam".

Amma illər boyu axtarmalarına baxmayaraq ananı tapa bilməyiblər. Bir dəfə 2009-cu ildə onlara anasına oxşayan bir nəfərin Çində yaşadığını deyiblər. Lakin məlumat səhv çıxsa da, həmin qadına Çindən çıxmaqda hər halda kömək ediblər.

Sungju has also lost touch with the other boys in his gang, despite paying brokers to find them. He suspects they have been drafted into the North Korean army.

For a while, Sungju struggled with his identity in South Korea. When he first arrived he felt isolated. His accent marked him out as someone from the North, and many South Koreans believe North Koreans are brainwashed, he says.

"South Koreans keep saying that North Koreans are their brothers and sisters, but many times they treated me as a foreigner. Sometimes worse than that," he says.

Seulda mağazalar

White line 10 pixels

Seulda mobil telefon qabları satan mağaza

White line 10 pixels

Cənubi Koreyada mağazalar

Bir də azadlıq məfhumunu dərk etmək çətin idi. Ona dəfələrlə deyilrdilər ki, o indi azaddır. Amma o bunu başa düşə bilmirdi. Bunu yalnız bir dəfə mağazada başa düşdü. Qələm almaq istəyirdi. Amma almaq üçün hansı qələmi seçəcəyini bilmirdi. Bu proses iki saatadək çəkdi.

"Mən hər bir qələmi diqqətlə yoxlayırdım, - deyir Sungju, - Birdən anladım ki, azadlıq elə budur. İstədiyin qələmi seçmək azadlığı".

Sungju nəhayət kimliyini tapıb. O indi qət edib ki, Koreya yarımadasındandır. O vaxtdan bəri bütün həyatını iki Koreyanın birləşməsi ideyasına həsr edib. O inanır ki, həmin günü görə biləcək.

"1990-cı ildən sonra doğulanların hökumətə heç bir ehtiramı yoxdur. Onları yalnız özləri maraqlandırır" - deyir Sungju.

Sungju düşünür ki, dəyişiklik onun bir vaxtlar yemək oğurladığı bazarlardan başlanacaq. Adamlar hökumətin müdaxiləsi olmadan istədiklərini satıb-alacaqlar.

Ölkə çökməyəcək, amma hökumət təkamül edəcək.

Sungju Cənubi Koreyada təhsil aldıqdan sonra, ABŞ və Britaniyaya səfər edib. İndi burada Koreyanın birləşməsi mövzusunda doktorluq müdafiə etmək niyyətindədir.

Əvvəllər imtiyazlı həyatdan yoxsulluğa düşməsi və nəhayət xilas olması barədə heç danışmaq da istəməzdi.

Amma vaxt keçdikcə bu qərara gəlmişdi ki, öz həyatını, şəxsi ağrılarını qələmə almalıdır. Bunu etməlidir ki, Şimali Koreyada uşaqların necə əzab çəkdiklərini hamı bilsin.

Beləcə özü də hiss etmədən əhvalatını gənclər üçün kitaba çevirib. "Hər düşən ulduz" kitabı gələn sentyabrda çap olunacaq.

"Məni bu işə ürəkləndirmiş oxucularıma minnətdaram" - deyir.

Onun ən böyük arzusu uşaqlığını keçirdiyi Şimali Koreyaya qayıtmaqdır. Pyonyanqın şeytan çarxları və parklarını bir daha görmək və ona çətin günlərində kömək edən dostları ilə bir daha görüşmək.

"Mən qardaşlarımı yuxularımda görürəm", o deyir.

"Bəzən biz çayda üzürük, balıq tuturuq, gülürük və güləşirik."

"Evə getmək sevdiyin insanları görmək deməkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR