Neftin ucuzlaşmasından sonra rublun dəyərdən düşməsi sürətlənib

Neftin ucuzlaşmasından sonra rublun dəyərdən düşməsi sürətlənib
16:58 6 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

“Moskva birjası”nda dollar və avronun artımı güclənib. Belə ki, dollar Brent markalı neftin bir barelinin qiymətinin 52 dollardan aşağı düşməsindən sonra 63 rubldan yuxarı həddə qalxıb. Bu barədə Trend “İnterfaks”a istinadən xəbər verir.

Dollar Moskva vaxtı ilə saat 12:31-də Vahid Ticarət Sistemində (VTS) 2,25 rubl bahalaşaraq 63,11 rubl/$1 olub. Avronun məzənnəsi isə 2,2 rubl bahalaşaraq 74,9 rubl/EUR1 təşkil edib.

Dollar və avro ardıcıl olaraq ikinci ticarət günüdür ki artırlar. Bu dövr ərzində, yəni ilin əvvəlindən dollar 7,1 rubl və ya 12,7%, avro isə 6,25 rubl və ya 9,1% bahalaşıb.

Dünya bazarlarında neftin qiymətinin düşməsi bu gün səhər saatlarında daha da güclənib. Brent neftinin fevral fyuçersləri London birjasında çoxillik minimumu yeniləyərək bir barel üçün 52 dollardan aşağı düşüb.

Neft İraq hökumətinin 2015-ci ildə ixracı artırmaq barədə niyyətinə dair bəyanatından və 2014-cü ildə Rusiyada neft hasilatının postsovet dövrü ərzindəki rekord həcmə çatmasına dair xəbərlərdən sonra ucuzlaşır.

“Morgan Stanley” şirkətinin analitikləri hesab edirlər ki, neft bazarı 2015-ci ildə də problemlərlə üzləşəcək. Çünki Rusiyadan və İraqdan tədarükün artması enerjidaşıyıcılar bazarında bolluq yaradır ki, bu da 2014-cü ildə neftin qiymətlərinin təxminən 50 faiz aşağı düşməsinə gətirib çıxarıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR