x
Loading...

Azərbaycan Beynəlxalq Bankı filiallarla bağlı cinayət işinin başlaması məsələsinə aydınlıq gətirib

Azərbaycan Beynəlxalq Bankı filiallarla bağlı cinayət işinin başlaması məsələsinə aydınlıq gətirib
17:07 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) bir neçə filial (Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi filialları) ilə bağlı cinayət işinin başlaması barədə xəbərlərə aydınlıq gətirib. 
Bankın mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada bildirilib ki, bu filiallarla bağlı araşdırmaların aparılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ABB özü müraciət edib: "Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib."
Açıqlamada o da qeyd edilib ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır: "Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-filiallarla-bagli-cinayet-isinin-baslamasi-meselesine-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR