Gəncədə Mirzə Şəfi Vazehə həsr olunan dekorativ kompozisiya hazırlanır

Gəncədə Mirzə Şəfi Vazehə həsr olunan dekorativ kompozisiya hazırlanır
17:12 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər Reklam və Xidmət İdarəsində Mirzə Şəfi Vazehə həsr olunan mozaika daşlarından ibarət dekorativ kompozisiya hazırlanır. “Mirzə Şəfi Vazeh və onun müasirləri” adlanan kompozisiya bu ilin may ayına kimi təhvil veriləcək.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mozaika daşlarından yığılan kompozisiyanın hündürlüyü 4m 20 sm, eni isə 25 m olacaq. İki hissədən ibarət olan kompazisiyanın birinci hissəsində Mirzə Şəfi Vazehin portreti, şeirləri, eyni zamanda ədiblə bir dövrdə yaşayıb yaradan Mirzə Fətəli Axundov, Qasımbəy Zakir, Abbasqulu ağa Bakıxanovun portretləri və Gəncə şəhərinin görünüşü əks olunacaq. Kompozisiyanın “Mirzə Şəfi Vazeh və Avropa” adlanan ikinci hissəsində isə həmin dövrdə yaşayan Avropa şairlərinin portreti var. 5 aydır üzərində iş aparılan kompoziyasının 80 faizi artıq tamamlanıb.

Şərif Şərifov
, Gəncə şəhər Reklam və Xidmət İdarəsinin rəisi: “Ən böyük mütəfəkkirlər hətta bir-birilərinə yazdıqları məktublarında həmişə Mirzə Şəfi Vazehdən yazıblar ki, onun nəğmələri nə qədər yenidi, nə qədər müasirdi. O, Avropa üçün dəb olub və neçə illər Mirzə Şəfi Vazeh Avropanın şeir dünyasını çiynində saxlayıb”.

“Mirzə Şəfi Vazeh və onun müasirləri” adlanan dekorativ kompozisiya şairin adını daşıyan parkda qurulacaq.
Qeyd edək ki, Gəncənin Nizami rayonu ərazisində 1 hektar ərazidə salınan şairin adını daşıyan istirahət guşəsində yerə tamet daşı döşənib, işıq dirəkləri basdırılıb, fəvvarə quraşdırılıb. Burada inşa edilən iki mərtəbəli muzeydə ədibin portretləri və ona həsr olunan kitablar saxlanılacaq. Bütün işlər bu ilin may ayında keçiriləcək yubiley tədbirinə kimi təhvil veriləcək.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR