Dünyaya səs salan, qız və oğlanın yatağa lüt girdiyi proqram Azərbaycana gətirilərsə... - VİDEO
Paylaş
859 baxış·5 dəq oxu
Bu günlərdə Avstraliyanın “SBS” kanalında yayımlanmağa
başlayan “Çılpaq gündəliklər” adlı izdivac verilişi xeyli
müzakirəyə səbəb olub. Evlilik verilişinin formatına görə cütlüklər
kamera önündə soyunaraq yatağa girir və 30 dəqiqə ərzində
bir-birinə sarılaraq yaxından tanış olur, həyatları ilə bağlı
sualları cavablandırırlar. Daha sonra onlara ya yataqdan çıxaraq
həyatlarını ayırmaq, ya da orada qalaraq evlənmək şansı
verilir.
Evlilik proqramında bunu da etdilər: Lüt soyunub yatağa girdilər və… - FOTO/VİDEO
Bu axşamdan etibarən çılpaq...
Xarici efirlərdə gördüyünü “kopiyalamaq”da usta olan Azərbaycan
telekanallarının bu verilişdən örnək götürəcəyini istisna etmirik.
Kopiyaladıqlarımızın da vəziyyəti göz önündə.
Onsuz da bu gün efirdə yayımlanan verilişlərin əksəriyyəti
“toyxana” üslubundadır. Bunu isə təkcə biz yox, bu sahədə
tənzimləyici qurum Milli Televiziya və Radio Şurasından da etiraf
edirlər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan” qəzetinə
ünvanlandığı məktubda özəl televiziya kanallarının öz fəaliyyətində
daha çox məhz kommersiya maraqlarını əsas götürməsindən
şikayətlənib.
Qurumun şöbə müdiri Təvəkkül Dadaşov isə Sumqayıtın “Dünya”
televiziya kanalının efirinin əsas hissəsini musiqi klipləri və
bayağı əyləncəli, şou verilişlərin təşkil etdiyindən deyib: “Hətta
bəzən eyni şəxs bir neçə verilişə aparıcılıq edir. “Dünya”
televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan
kommersiya verilişləri yayımlanır”.
Azərbaycan izləyicisinin “Youtube”da ən çox meyxana və bayağı
musiqilərə baxdığını nəzərə alsaq, yerli telekenalları qınaya
bilmərik. Bu qədər geniş imkanların verildiyi “Youtube”da biz hələ
də, ən çox meyxanaya qulaq asırıqsa, toyxanadan şikayətlənməyə
haqqımız varmı?
Telekanalların efirinin böyük hissəsini toyxana və ya bayağı
verilişlərə verməsini nəzərə alsaq, deməli onlar daha çox qazanc
üçün SBS təcrübəsini də ölkəmizə gətirməkdə maraqlı olarlar. Necə
ki, indiyədək buna bənzər bir neçə örnək görmüşük. Bəs bu qəbildən
olan proqramların efir məkanımızı zəbt etməməsi üçün hansı
tədbirlər görülə bilər, yaxud da görülməlidirmi?
Publika.az bu suala cavab axtarıb.
Tanınmış media eksperti Qulu Məhərrəmli deyir
ki, bizim televiziyalar heç bir çərçivə gözləmədən irəli getdikləri
məqamda onlardan hər şey gözləmək olar: “Mənəvi dəyərlərin aşınması
fonunda hər şey mümkündür. Bizdə ailə-məişət zəminində quraşdırma
verilişlər hazırlanır. Bu tip verilişləri Rusiya, Türkiyə
efirlərində də görürük. Lakin onlarda hər şeyin bir çərçivəsi olur,
süjetin ictimai məzmunu açılır. Bizdə isə pis hind filmləri kimi
ağlaşma, dalaşma verilir. Bizim televiziyaların bacarıqsızlığı
səmərəli rüşeymi tapıb tamaşaçıya verə bilməməkdədir. Verilişin
dramaturgiyasını hazırlayarkən nəticə barədə düşünməli, verilişin
tamaşaçıya hansı əxlaqi dəyərləri ötürəcəyini nəzərə almalıyıq.
Təəssüf ki, bu işdə çox da bacarıqlı görünmürük”.
Beynəlxalq layihələrin Azərbaycanda nə qədər uğurlu alınmasına
gəlincə, Q.Məhərrəmli burada problemlərin olduğunu söyləyir:
“Beynəlxalq telelayihələrdən “Milyonçu” bir çox ölkələrdə tətbiq
edilib. Rusiya, Türkiyədə bu layihə çox uğurlu alındı, lakin bizdə
bu eyni effekt vermədi. Problem yerli materialda idi. Verilişdə
qoyulan adi suallara belə iştirakçılar cavab verə bilmirdi. “Zəif
bənd” layihəsi bir müddət işlədi, lakin “O səs Azərbaycan” o qədər
də uğurlu olmadı. Beynəlxalq layihələrin uğursuz alınmasının səbəbi
icra ilə bağlıdır. Həmçinin məhəlli intellekt və televiziyanın bu
layihəni nə qədər reallaşdıra bilməsi ilə əlaqədardır. Veriliş
iştirakçıları da həlledici elementdir, bütün bunlara birlikdə nəzər
salsaq, layihələri o qədər də uğurlu hesab edə bilmərik. Əlbəttə,
oğurlanmış layihələr də var. Televiziya təfəkkürünü inkişaf
etdirmək baxımından layihələrdən istifadə etmək yaxşıdır, lakin heç
də həmişə bu, uğurlu alınmır”.
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Şəmil
Sadiq Avstraliya təcrübəsinin Azərbaycanda tətbiqinə
telekanalların risk etməyəcəyini düşünür: “Ola bilər ki, hər hansı
prodakşn səviyyəsində belə veriliş hazırlansın. İndi yox, bu
gələcəkdə bəlkə mümkün ola bilər. Lakin Braziliya, Avstraliya,
Yaponiya telekanallarındakı verilişi ölkəmizə gətirəndə yerli yaşam
tərzi nəzərə alınmalıdır. Hətta bir çox dəyərlər baxımdan oxşar
olan Türkiyədən belə gətirilən nümunələrdə effekt verməyə bilir.
Çünki hər ölkədə yaşayanların yaşam tərzi fərqlidir. Lakin
qəribədir ki, hər kəs tənqid etsə də, hamı bu verilişlərə baxır.
Hətta bu proqramlara tənqidi yanaşan ağsaqqallar belə bəzən özləri
buna baxır. Bu o demək deyil ki, insanlar baxırsa, o tip verilişlər
yayımlanmalıdır. Xarici ölkədən gətirəcəyiksə, intellektual
verilişləri ala bilərik. Ona görə də, SBS telekanalı təcrübəsinin
ölkəmizə tətbiq edilməsinin tam əleyhinəyəm. Hesab edirəm ki, bunun
qarşısını inzibati yolla almaq çətindir. Bu zaman senzura kimi
qələmə alınır. Bu verilişlərin olmaması üçün reklamla yanaşı, milli
düşüncə də nəzərə alınmalıdır”.
Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül
Dadaşov yerli şəraitə, milli dəyərlərə uyğun gəlməyən,
xalqın mentalitetinə zidd layihələrin uğur qazanacağına və bunn
tətbiqinə hansısa kanalın cəsarət edəcəyinə inanmadığını
vurğulayır: “Belə hallar istər-istəməz cəmiyyətdə təpki alacaq.
Telekanallarımız mütərəqqi ideyaları təbliğ edən praktikaları
tətbiq etmələri alqışlanandır. Lakin bizim öz mentalitetimiz, ailə
dəyərlərimiz var, o tip verilişlər bizdə cəmiyyətdə qəbul edilməz.
Nəinki bizdə, onun Türkiyə və Rusiyada da qəbul edilməsi mümkün
deyil.
Xarici telekanalların layihələrinin Azərbaycanda tətbiqi bir çox
hallarda uğurlu alınıb. Məsələn, “Milyonçu” baxılan idi, “Ya davam,
ya tamam”a baxılır. Beynəlxalq səviyyəli layihələrin nə qədər
uğurlu olması məsələyə nə qədər ciddi yanaşılması, əhəmiyyət
verilməsindən asılıdır. Layihənin tətbiqində maliyyə, yaradıcılıq,
tamaşaçı auditoriyası kimi məqamlar nəzərə alınmaqla həyata
keçirilsə, uğurlu alınır. Evlilik verilişləri Azərbaycanda tətbiq
edildi, lakin istənilən uğuru qazanmadı. Çünki çox aşağı səviyyəli,
bayağı formada hazırlanırdı, dəyərlərə uyğun gəlməyən məqamlara
cəmiyyətdən sərt təpki oldu, Milli Televiziya və Radio Şurası
məsələyə qarışdı, onların yayımı dayandırıldı. Xarici layihələrə
müraciət edərkən daha ciddi yanaşılmasını, beynəlxalq səviyyədə
uğur qazanmış və müsbət qarşılanan verilişlər seçilməsini tövsiyə
edirik. İstənilən xarici telekanaldakı verilişi Azərbaycanda tətbiq
etməyin heç bir əhəmiyyəti yoxdur. Təbii ki, məqsədim telekanal
rəhbərlərinə ağıl dərsi keçmək deyil. Sadəcə fikirlərimizi
bölüşürük”.