Aparıcı Nurlana Cəfərova ATV-dən getdi.

Axşam.az-ın məlumatına görə, o, bundan sonra AzTV-də çalışacaq.

N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında efirə gedəcək:

""Görüş yeri" adlanan proqram yanvarın 23-dən etibarən efirə gedəcək. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır.

Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. 3,5 il 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".

Milli.Az

ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır" - FOTO
ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır" - FOTO
ATV-ni AzTV-yə dəyişən aparıcı: "Artıq inkişaf etməyin vaxtıdır" - FOTO