O, 21 yaşlı yarımmüdafiəçini Türkiyənin Antalya bölgəsində Qazaxıstan "İrtış"ına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında sınaqdan çıxardıqdan sonra belə qənaətə gəlib. Həşimliyə bir hissə şans verən İvanov gənc oyunçunun bolqarıstanlı həmyaşıdlarından müsbət mənada fərqlənmədiyini söyləyib: "Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədir. Bizim siyasətimiz ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".
Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbağça" klubunun formasını geyinib. Amma "Qalatasaray"la oyunda sol ayağından zədə alan yarımmüdafiəçi Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş Həşimli hazırda klubsuzdur.